Qonaq Kitabı
İstəmən cismimdə can, ol dilrüba canım gərək

 

İstəmən cismimdə can, ol dilrüba canım gərək.

Bir dəxi ol ay yüzin görsəm ki, imanım gərək.

 

Çox bəlavü dərdü ğəm çəkdim yolunda səbr edib,

Dərdi-hicran həddən ötdü, şimdi dərmanım gərək.

 

Dil ğəmin səhrasinə ləlindən istər qətrə su,

Zülməti-hicranda qaldım, abi-heyvanım gərək.

 

Ey fələk, qıldın məni dilbərdən ayru natəvan,

Mən həvadə zərrəyəm, xurşidi-tabanım gərək.

 

Bu Xətayi qulluğa bağlandı xidmət qurşağın,

Ol gözüm nuri sənəm, ol sevgili canım gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info