Qonaq Kitabı
Ey ki, eşqindən olubdur canü dil ğəmdən həlak

 

Ey ki, eşqindən olubdur canü dil ğəmdən həlak,

Sən nə məzhərsən cahanda, ey cəmali-nuri-pak?

 

Ey pəri, eşqində mana çox cəfalər qılma kim,

Xəstəvü heyraninəm, oldum ğəmindən dərdnak.

 

Damənini qoymanam əldən, əgər çıxsa rəvan,

Gərçi hicranın əli qıldı yəxəmni çak-çak.

 

Cümlə aləm gər həsud olsa, yanımda bir cövə,

Sən mənimlə dust bolsan, cövri-düşməndən nə bak?

 

Bəndəni lütfü kərəm birlə nəzərdən salmagil,

Ey Xətayinin pənahi, leysə fi hübbi səvak.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info