Qonaq Kitabı
Ta vücudim eşqiniz yolunda bolmuşdur həlak

 

Ta vücudim eşqiniz yolunda bolmuşdur həlak,

Ayağın tozundan ayru oldu canım dərdnak.

 

Ta ola hər dəm mənim baş üstə qaim dövlətim,

Asitanında yaturmən daima bər ruyi-xak.

 

Hər necə cəhd etdim, ölüm daməninə yetmədi,

Paybusin həsrətindən eylərəm yaxamı çak.

 

Xalis oldum ta ki mən yaş axıtdım didədən,

Yumayınca qan ilən olurmi mərdüm yüzi pak?

 

Bir pərini sevdi bu miskin Xətayi könlü kim,

Eşqinə məftun olubdur öz səmək ta bər səmak.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info