Qonaq Kitabı
Yüzündür bu cahan içrə fələkdə mahi-taban tək

 

Yüzündür bu cahan içrə fələkdə mahi-taban tək,

Bitibdir hüsn bağında boyun sərvi-xuraman tək.

 

Vüsalına irən, derlər, həyati-cavidan buldu,

Saçın zülmatinin içrə ləbindir abi-heyvan tək.

 

Məgər kim, vəhyi-münzəldir qaşınla kirpigün, zülfün,

Yüzün övraqinin üstə yazılmış sərti-Quran tək.

 

Əcəbmi olsa, ey dilbər, vücudim eşqinə məhkum?

Oturmuş hökm edər daim könül təxtində sultan tək.

 

Müşəvvəş xatir olmuşdur Xətayi xəstədil daim

Sənin ol gül yüzün üstündəki zülfi-pərişan tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info