Qonaq Kitabı
Cahanda görmədim ziba sənin tək

 

Cahanda görmədim ziba sənin tək.

Bu aləm içrə hüsnara sənin tək.

 

Bu xublar gülşənində yoxdurur hiç

Yanağı bir güli-həmra sənin tək.

 

Bulunmaz, doğrusu, can bağı içrə

Qədi çün sərv xoş bala sənin tək.

 

Çü xublar çoxdurur insan içində,

Heç olmaz, ey pəri, rəna sənin tək.

 

Zəmanə şairində görmədim hiç,

Xətayi, bülbüli-guya sənin tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info