Qonaq Kitabı
Yazmışam bu rüqəni, ol yarə göndərmək gərək

 

Yazmışam bu rüqəni, ol yarə göndərmək gərək.

Zar əhvalım mənim dildarə göndərmək gərək.

 

Ləlinizdən cami-mey bir kimsəyə vermək nədən?

Ləblərin şərbətləri bimarə göndərmək gərək.

 

Qaşların mehrabinə çox səcdeyi-şükr eylərəm,

Şeyx Sənan tək məni zünnarə göndərmək gərək.

 

Çün təcəlla nurini görmək təmənna eylərəm,

Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək.

 

Ey Xətayi, ondan özgə kimsəyə yoxdur ümid,

Naleyi-zarım mənim ol yarə göndərmək gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info