Qonaq Kitabı
Firqətin çəkdim, nigara, vəsli-rüxsarın gərək

 

Firqətin çəkdim, nigara, vəsli-rüxsarın gərək

Xəstəhaləm, dilbəra, ləli-şəkərbarın gərək.

 

Baxmanam gül yüzinə hüsnin var ikən, ey pəri,

Neylərəm mən nərgisi, ol çeşmi-bimarın gərək.

 

Bəhri-çeşmim ağlamaqdan əbr tək baran tökər,

Bu pərişan könlümə ləfzi-göhərbarın gərək.

 

Mürği-baği-eşqsən, əbsəm oturma, can quşu,

Dilbərin kuyində daim naleyi-zarın gərək.

 

Ey Xətayi, gülşənə var, xaki-payin gör anın,

Gər sana ol ahu gözlü, müşkbu yarın gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info