Qonaq Kitabı
Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək!

 

Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək!

Kim qılur lafi-hünər, meydanə xoş gəlmək gərək!

 

Gər Əzizi-Misri-eşq olmaq dilərsən, ey könül,

Yusifi-Misri kimi zindanə xoş gəlmək gərək!

 

Ey könül, laf etmə kim, mənidə laf edən kişi

Mərifət meydanına mərdanə xoş gəlmək gərək!

 

Zahida, vird eylə daim zikrü fikri-ruyi-dust,

Əhli-islaməm deyən imanə xoş gəlmək gərək!

 

Aşiqəm dersən, könül, şərti budur aşiqlərin;

Hər nə kim, cananə qılsa, canə xoş gəlmək gərək!

 

Ey dil, ol şəh qatinə kəndusi vəsfindən ayıt

Kim, qulun hər bir sözü sultanə xoş gəlmək gərək!

 

Aşiqəm dersən, könül, eşq atəşindən dönmə kim,

Şəm odinə yanmağa pərvanə xoş gəlmək gərək!

 

Kim ki, qərq olmaq dilər dər bəhri-eşqi-bikənar,

Kəştisiz bu lücceyi-ümmanə xoş gəlmək gərək!

 

Ey Xətayi, şerini ol yar istər dinləyə,

Dilrübalər guşinə dürdanə xoş gəlmək gərək!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info