Qonaq Kitabı
Ol pəri peykər mana yar olmadı, heyf oldu, heyf!

 

Ol pəri peykər mana yar olmadı, heyf oldu, heyf!

Aldı könlümni, vəfadar olmadı, heyf oldu, heyf!

 

Saxlar idim qəhrini könlümdə daim can kimi,

Sirrimi faş etdi, əsrar olmadı, heyf oldu, heyf!

 

Kim ki, yüz min məkr ilə qıldı məni səndən cüda,

Yüz bəlayə ol giriftar olmadı, heyf oldu heyf!

 

Firqətin odinə yandım, canü dil oldu kəbab,

Kimsə halımdan xəbərdar olmadı, heyf oldu, heyf!

 

Eşq əlindən xəstə düşdü bu Xətayinin təni,

Ləblərindən bircə timar olmadı, heyf oldu, heyf!

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info