Qonaq Kitabı
Məclis əhli çaxır içəndə dutar əldə əyağ

 

Məclis əhli çaxır içəndə dutar əldə əyağ,

Sanasan bir şəmdir kim, üstə yanır bir çırağ.

 

Gülşəni-məclisdə bir şux pəridir, dilrüba,

Sanasan bir lalədir, bağrında anın dürlü dağ.

 

Dustkam olsun həmişə ol berəğmi-dustan,

Oldu məclisdə müşərrəf busə səndən solu sağ.

 

Müşki-ənbər məcməridir, yoxsa cami-meydürür,

Buyi-xubindən anın daim müəttərdir dimağ.

 

Mehr ilən yari ki, gəlmişdir zi gülşən yadigar,

Bu Xətayi xəstədildir xaki-ol məhruyi-bağ.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info