Qonaq Kitabı
Həq ləbindən qönçəni gülşəndə xəndan eyləmiş

 

Həq ləbindən qönçəni gülşəndə xəndan eyləmiş,

Leyk bu naziklik ilən xandan eyləmiş?

 

Qamətinin gül kimi tərhin götürmüş bağban,

Bağda əksindən anın sərvi-xuraman eyləmiş.

 

Div oğurlamışdı bir zərdə dəhanın nəqşini,

Varmış andan xatəmi-möhri-Süleyman eyləmiş.

 

Zülməti-zülfində içmiş ləblərin abini Xızr,

Heyyi-baqi bulmuş, adin abi-heyvan eyləmiş.

 

Şanədən məşşatə salmış bir saçın qılın yerə,

Sərbəsər xaki-cəhanı ənbərəfşan eyləmiş.

 

Arizin bağında bir mürği-hərim olmuş Xəlil,

Ol səbəbdən həqq ana odu gülüstan eyləmiş.

 

Bu Xətayi qanını tökməkdə ikən tökmədin,

Anda hər müfti ki, mən etmiş bəsi qan eyləmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info