Qonaq Kitabı
Yarı gördüm bu gün xəndan oturmuş

 

Yarı gördüm bu gün xəndan oturmuş,

Yanağı tazə gül, reyhan oturmuş.

 

Yüzinə qarşu qönçə güldügiçün

Səhər ağzına çalmış qan oturmuş.

 

Səninlə hüsn içində bəhs edənlər,

Necə peşman olub heyran oturmuş.

 

Sənin simin zənəxdanına, ey dust,

Nə həddim var desəm, dəndan oturmuş.

 

Dodağın çevrəsində qoşa xallar,

İki zəngi ona dərban oturmuş.

 

Sənin Leyli cəmalın görmək içün

Yolunda Məcnuni-heyran oturmuş.

 

Xətayiyə nəzər qıl çeşmin ilən,

Qapunda sübhü şam giryan oturmuş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info