Qonaq Kitabı
Ey dodağın şəhdü şəkkərdir, siyəh xalın məgəs

 

Ey dodağın şəhdü şəkkərdir, siyəh xalın məgəs,

Olmasun eşqindən ayru təndə canım bir nəfəs.

 

Ey pəri, hər dəm nigəhban qapuna hacət degil

Kim, yetər kuyində hər şəb naləvü ahim cərəs.

 

Neylərəm eşqindən ayru dünyanun ləzzatini

Kim, hüzuri-dil ğəmi-mehrin mənim könlümdə bəs.

 

Çün əzəldən eşqiniz canımda həqdəndir nəsib,

Həq bilür kim, ta əbəd könlümdə vardır ol həvəs.

 

Ey Xətayi, ğəm yemə, hər sözdə şükr et xaliqə,

Çün sana hər işdə daim həqdürür fəryadrəs.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info