Qonaq Kitabı
Sənsən cahan içində bu gün padşahimiz

 

Sənsən cahan içində bu gün padşahimiz,

Ruzi-əzəldə həzrətin oldu pənahimiz.

 

Cövr etmə mən şikəstə dilü binəvayə kim,

Çün səndən özgə kimsənə yox dadxahimiz.

 

Hər xanda kim, sücud edərisəm be etiqad,

Mehrabi-qaşlarındadurur qibləgahimiz.

 

Bir gün tərəhhüm eyləmədin xaksarına,

Yarəb, nə sadir oldu qapunda günahimiz?

 

Ğəmdən Xətayi dərd ilən incəldi çün hilal,

Bir mahdir görünmədi ol hüsni mahimiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info