Qonaq Kitabı
Sənsən həmişə surətü mənidə şahimiz

 

Sənsən həmişə surətü mənidə şahimiz,

Bilgil yəqin ki, arada həqdir güvahimiz.

 

Ey xubların güzidəsi, rövşən yüzün kimi

Nola əgər səfid ola bəxti-siyahimiz.

 

Vəslindən ayru möhnətü hicran içində mən,

Əflakə düşdü ğülğüleyi-suzi-ahimiz.

 

Billah, inan, bu doğru sözü əgri sanma kim,

Lütfündən özgə dünyadə yoxdur pənahimiz.

 

Bəndə Xətayi canını sana fəda qılur,

Ey afitab tələtü süni-ilahimiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info