Qonaq Kitabı
Övliyadan hasil etdik eşq ilə sevdayi biz

 

Övliyadan hasil etdik eşq ilə sevdayi biz,

Zahidə verdik anunçün zöhd ilə təqvayi biz.

 

Dedilər ki, yedi tamu zülmətin hicranidir,

Ölmədən öndən cəhanda çəkdik ol ğövğayi biz.

 

Dedilər ki, səkiz uçmaq sirr olubdur zahidə,

Pərdəsiz nur anda gördük cənnətül-məvayi biz.

 

Cənnət elindən içəri bir əcayib mülk var,

Bihicab ol eldə gördük pirim, ol həmtayi biz.

 

Canü canan bilmişidik küfrü dini biədəb,

Qəreyi-ümmanə daldıq, keçdik ol dəryayi biz.

 

Neçələr talib olubdur bu hüma kölgəsinə,

Çin elindən seyr edərkən bulduq ol dəryayi biz.

 

Ey Xətayi, dedi tuba pirimin yeg boyuna,

Heydərin yüzündə gördük ol güli-rənayi biz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info