Qonaq Kitabı
Qəbayi-fəqrü fənadır qumaşi-faxirimiz

 

Qəbayi-fəqrü fənadır qumaşi-faxirimiz,

Ğəriqi-badeyi-səhba libasi-zahirimiz.

 

Qapında nola məhü mehrə baş əgməz isəm,

Fərazi-küngüreyi-ərşdir, şəha, yerimiz.

 

Xudayə şükr, əcəb rahətü səfamiz var,

Pür oldu dust ğəmindən dərunü zahirimiz.

 

Ğübari-dəhri-dənidən kədərpəzir olmaz,

İmarət eylədi lütfin şikəstə xatirimiz.

 

Nola tökərsəm eşigində əşki-xunalud,

Xətayi, simü zərə meyl edər əkabirimiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info