Qonaq Kitabı
Hali-dilimni bəndədən ol yarə söyləniz

 

Hali-dilimni bəndədən ol yarə söyləniz,

Hicr oxu bağrımı necə bir yarə, söyləniz.

 

Əhvalımı sorarsa mənim ol cəfalı yar,

Zarü nəzarü xəstəvü avarə söyləniz.

 

Gülgün yanağların ğəmü cövrü cəfalari

Qıldı həvalə bağrımı yüz xarə, söyləniz.

 

Çox möhnətü cəfasını çəkdim, vəfa xanı?

Ğəm həddən ötdü dilbəri-ğəmxarə söyləniz.

 

Səhrayə saldı ahuyi-çeşmin Xətayini,

Ol buyi-zülfi nafeyi-tatarə söyləniz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info