Qonaq Kitabı
Dilbəra, şəmsüz-zühadır şöleyi-rüxsariniz

 

Dilbəra, şəmsüz-zühadır şöleyi-rüxsariniz,

Ayəti-Tahavü Yasin surəti-didariniz.

 

Qamətin tubadurur, Nun vəlqələmdir qaşların,

“Hazihi-cənnatü ədnin” ləli-şəkkərbariniz.

 

Ayəti-Vəlleyl zülfin, gözlərin “nəmül-bəsər”,

Leyk “Sübhanəlləzi əsra” durur əsrariniz.

 

Sureyi-Təviz oxuram dəmbədəm ixlas ilə,

Ta ki hüsnini bəladən saxlasun cəbbariniz.

 

“Qül-kəfa billah” durur zikri Xətayi xəstənin,

Həq bilür kim, “sümmə vəchüllah”dir didariniz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info