Qonaq Kitabı
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz

 

Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,

Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdənüz.

 

Yazmağa həqdən kəlamüllahi-natiq şəhrini

Kim, bəyani-elm ilən Quranə gəlmişlərdənüz.

 

Kainati surəti-rəhmanə təfsir etməgə

Ruhi-qüdsi surəti rəhmanə gəlmişlərdənüz.

 

Bir müənbər türrənin küfrinə “amənna” deyib,

Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz.

 

Saqiyi-baqi əlindən məst olub içməkdəyüz,

Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.

 

Ğeybi-mütləqdən təmaşayi-rüxi-zaba içün

Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.

 

Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin,

Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info