Qonaq Kitabı
Ta düşübmən eşqinə hicrində mən zarəm hənuz

 

Ta düşübmən eşqinə hicrində mən zarəm hənuz,

Dami-zülfin bəndinə mürği-giriftarəm hənuz.

 

Ta ki mən bülbül təki gülzari-hüsnin görmüşəm,

Ta əbəd tərk eyləmən, dər eşqi-gülzarəm hənuz.

 

Şəmi-rüxsarini ta kim, görmüşəm, ey məhliqa,

Gögdə yulduzlar kimi hər gecə bidarəm hənuz.

 

Ta yüzün gördüm sənin mən, ey təbibi-dərdi-eşq,

Sanma kim, buldum şəfa, dərd ilə bimarəm hənuz.

 

Bu Xətayi yar ilən qalu bəladən qıldı əhd,

Həq bilür kim, bər səri-an əhdü iqrarəm hənuz.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info