Qonaq Kitabı
Həsrətindən, dilbəra, qıldı du çeşmim xabsiz

 

Həsrətindən, dilbəra, qıldı du çeşmim xabsiz,

Eylə kim, yulduzlar olur gecə gögdə xabsiz.

 

Ta sədəf ağzında yarın görmüşəm dür dişlərin,

Eşq bəhrində könül ol mənidən ğərqabsiz.

 

Zülməti-hicranda qaldım, bir mədəd qıl halimə,

Ey pərivəş, çünki rüxsar ilə siz məhtabsiz.

 

Əhli-həq qapundan özgə heç yerdə qılmaz sücud,

Ey sənəm, çün daima aşiqlərə mehrabsiz.

 

Bu Xətayinin vücudi oldu nurindən zühur,

İki aləm zərrədir, xurşidi-aləmtab siz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info