Qonaq Kitabı
Ey sənin yüzünə baxdıq, qutlu oldu mahimiz

 

Ey sənin yüzünə baxdıq, qutlu oldu mahimiz,

Nə əcəb surət yaratdı sünilə allahimiz.

 

Çün irişdim yüzinə, buldum siratül-müstəqim,

Abi-heyvanə irişdi vardığınca rahimiz.

 

Dün sağınur kim ki, görsə zülfinin şəbrəngini

Kim, qarayə boyayıbdır ani dudi-ahimiz.

 

Xızri-cavidan əlindən içmişüz abi-həyat,

İsiyi-Məryəm qatında qurmuşuz xərgahimiz.

 

Kəbeyi-vəslinə verdim canımı, qurban dedim,

Hacı oldum, qan tökərəm, xanı qurbangahimiz?

 

Qaşların tağini gördüm, qibləgahim eylədim,

Çün əyağın toprağında oldu mənzilgahimiz.

 

Bu Xətayi Kəbeyi-eşqinə ehram bağladı,

Ol saatda ərşə çıxdı zikri-illəllahimiz.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info