Qonaq Kitabı
Ey könül, hər mənisiz cahili yar etmək nədir?

 

Ey könül, hər mənisiz cahili yar etmək nədir?

Mənisiz cahil sözünə etibar etmək nədir?

 

Çün anın qövli xətadır, həm qərarı bivəfa,

Ey könül, naəhl ilə qövlü qərar etmək nədir?

 

Əhli-həqqə can fəda qıl, cəhl ilə olma rəfiq,

Çün ənadil var ikən zağı şikar etmək nədir?

 

Xanda kim, hər əhli-ürfan görsən, olgil xaki-pa,

Ey könül, naəhl olub andan kənar etmək nədir?

 

Bir neçə gün yar olub, bir kimsənin halın duyub,

Sonra anın gizli sirrin aşikar etmək nədir?

 

Hər kim öz eybi ilə sübhaninə dutmuş yüzün,

Kimsənin eybin açuban şərmsar etmək nədir?

 

Ey Xətayi, qıl fəda canın vəfalu yar içün,

Hər vəfasız bivəfa kimsəni yar etmək nədir?

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info