Qonaq Kitabı
Ey könül, hərcayi yari ixtiyar etmək nədir?

 

Ey könül, hərcayi yari ixtiyar etmək nədir?

Yari-hərcayi sözünə etibar etmək nədir?

 

Güli-xoşbu var ikən əlim tikanə sürtməzəm,

Kəbki-rəna var ikən zaği şikar etmək nədir?

 

Dəgmə bir cahil nigarın cövrini çəkmək nədir?

Kərr bir nakəs ilə qövlü qərar etmək nədir?

 

Ahu gözlü bir sənəm aslanları seyd eyləmiş,

Ey müsəlmanlar, ahu şiri şikar etmək nədir?

 

Ey Xətayi, sirrini sən dəgmə yerdə söyləmə,

Sirri aşiq dəgmə yerdə aşikar etmək nədir?

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info