Qonaq Kitabı
Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür

 

Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,

Ucundan dürlü sevdalər xəti-reyhanə düşmüşdür.

 

Məgər xurşid imiş hüsnin ki, qıldı aləmi rövşən

Kim, ol rəxşəndə ənvari məhi-tabanə düşmüşdür.

 

Qamış yayını qurmuşsan bizə əz ğəmzə hər saət,

Əya dilbər, onun səhmi, yəqin kim, canə düşmüşdür.

 

Cəmalın iştiyaqindən eşitməzsən fəğanimni,

Vüsalın iftiraqından könül hicranə düşmüşdür.

 

Xətayi bəndəyə saqi içirmiş cami-səhbadən,

Görün, meyxanə küncündə, əcəb məstanə düşmüşdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info