Qonaq Kitabı
Yandım eşqindən, əya gül yüzlü dildar, üştə gör!

 

Yandım eşqindən, əya gül yüzlü dildar, üştə gör!

Sənsizin aləmdə gəzmək oldu düşvar, üştə gör!

 

Sinəmin suzindən, ey dilbər, yanır ərş ilə fərş,

Ağlaram bülbül kimi bivəsli-gülzar, üştə gör!

 

Lalə tək bənzim saralmışdır fəraqindən sənin,

Olmuşam dilxəstəvü məcruhu bimar, üştə gör!

 

Əhdü peymanını məndən, ey pəri, sındırmagil

Kim, mana zülm eyləmişdir cövri-əğyar, üştə gör!

 

Bu Xətayi şol büti-tərsa cəmalın görgəcin

Rahibi-deyr olduvü bağladı zünnar, üştə gör!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info