Qonaq Kitabı
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir?

 

Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir?

Bilməzəm canımmıdır, ya sevgi yarımdır gedir.

 

Təndə canım qalmadı, anınla olmuşdur rəvan,

Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir?

 

Canım andan ayru təndə bir dəm əglənməz mənim,

Ğəm məni eylər həlak, ol ğəmgüsarımdır gedir.

 

Qalmadı heç karü bari bu Xətayi xəstənin,

Anın ilə karü barım, hərçi varımdır gedir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info