Qonaq Kitabı
Bir qətreyi-ərəq ki, yüzündən nisar olur

 

Bir qətreyi-ərəq ki, yüzündən nisar olur,

Səhni-zəmin bəharü gülü laləzar olur.

 

Ta şanə qıldı zülfini məşşateyi-əzəl,

Tabindən açılır ki, cahan müşkbar olur.

 

Rəna qədin ki, sərvi-səhidir müqabili,

Yarəb, münasibi nə səbəbdən çinar olur?

 

Yarın, Xətayi, kuyinə can ver besidqi-dil,

Yarım deyən sana xaçan əğyarə yar olur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info