Qonaq Kitabı
Sənsizin könlüm, şəha, bir gülbeyi-viranədir

 

Sənsizin könlüm, şəha, bir gülbeyi-viranədir,

Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.

 

Canə can etdim yəqin ilə əzəldən həq bilür,

Canımın canı mənim şol dilbəri-cananədir.

 

Getdi ömrüm, hiç dinlənmən vüsalindən anın,

Şol məhi-namehribanın meyli çün hicranədir.

 

Hər gecə ta sübh hüsnin şəminə pərvanə tək

Cümlə aləmlər fəğanımdan tutub yanədir.

 

Ey Xətayi, sən yəqin bil kim, bu fani dünyada

Bivəfalardən məhəbbət istəyən divanədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info