Qonaq Kitabı
Boyun bir sərvi-rənadır, güli var

 

Boyun bir sərvi-rənadır, güli var,

Səmən üzrə pərişan kaküli var.

 

Nə nazikdir cəmalın gülşəni kim,

Güli-tər üzrə nazik sünbüli var.

 

Nə gülşəndir yüzün kim, çevrəsində

Hezaran əndəlibü bülbüli var.

 

Necə məstü xumar olmaya çeşmin,

Önündə ləblərin kimi müli var.

 

İnanma zülfi əhdinə, Xətayi,

Kim, anın bir başıvü min dili var.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info