Qonaq Kitabı
Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur

 

Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur,

Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.

 

Meyxanə küncün istə deyir saqiyi-lətif,

Öz vəhdətində ol ki, çü allah imiş ğəfur.

 

Əfsanə sözlü vaizi görsən, məlamət et,

Ta xəlq içində eyləməyə razini zühur.

 

Bolsun bu malü mülk və gər hiç bolmasun,

Neyçün ki, vəsli-yardir ancaq mana zərur.

 

Səndən Xətayi mehrü vəfa iltimas edər,

Yarəb, muradı aşiqi-biçarənin budur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info