Qonaq Kitabı
Cahanda aşiqin çox adı vardır

 

Cahanda aşiqin çox adı vardır,

Ki, hər birisinin bir dadı vardır.

 

Bu gün sən Xosrovi-Şirin dəhansan,

Sənin tək Şirinin Fərhadı vardır.

 

Bu üşqin ögünə dözməz dağü daş,

Yavuz iti külüng fuladı vardır.

 

Hər işi eşqilə dutgil cahanda

Ki, eşqilə olan bünyadı vardır.

 

Nə yerdə bir gurü ahu olursa,

Müqərrərdir, anın səyyadı vardır.

 

Cəmii-bəndənin vardır niyazı,

Qamu könüllərin muradı vardır.

 

Uda bilməz munu dövri-zəmanə

Ki, bir oynayıcı nərradı vardır.

 

Zühur oldu oyunçu rindü qəllaş,

Vilayətdən anın irşadı vardır.

 

Sağınmanız, Xətayi dərdini sor

Ki, söylər söylədir ustadı vardır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info