Qonaq Kitabı
Mana cövrü cəfa qılmaq degil, cananələrdəndir

 

Mana cövrü cəfa qılmaq degil, cananələrdəndir,

Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.

 

Mənim tək aşinayi yad qıldın, ey tərəhhümsiz,

Fələkdən görməzəm anı, qamu biganələrdəndir.

 

Fədadır bil yəqin billah, yolunda cani-şirinim,

Cəmalın şəminə hər dəm yanan pərvanələrdəndir.

 

Xəbər dutmaz həqiqətdən riyayi zahidin fəhmi,

Anın fikri əcayib qissəvü əfsanələrdəndir.

 

Xətayi, nəzmi-əşarinə yüz min afərin gəlsin

Ki, aqillər xəyalından degil, divanələrdəndir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info