Qonaq Kitabı
Nə xacəyəm, nə də mal əksiyimdir

 

Nə xacəyəm, nə də mal əksiyimdir,

Nə sultanəm, nə xud qul əskiyimdir.

 

Ərənlər dünyəyə murdar demişlər,

Nə gərkəsəm, nə murdar əksiyimdir.

 

Mən qürab degiləm, zağı gözləyəm,

Zira mən bülbüləm, gül əksiyimdir.

 

Seyr eylədim tamunun dörd guşəsin,

Nə yanaram, nə xud nar əksiyimdir.

 

Şah Xətayim, hər şeydən bir nəzər var,

Bir yüzü nurlu didar əksiyimdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info