Qonaq Kitabı
Gəl, ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir

 

Gəl, ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir

Ki, qiblə nuri-peyğəmbər, imami nəqdi-heydərdir.

 

Əli oldur ki, cənnətdə olubdur saqiyi-kövsər,

Budur saqi, budur cənnət, şərabı abi-kövsərdir.

 

Əlində badeyi-gülrəng içər ğazilərin şahi,

Nə hacət nəql içün şəkkər, sözün qəndi-mükərrərdir.

 

Şücaət bu, vilayət bu, mürüvvət bu, kəramət bu,

Əlini görmiyən hazir Yəzidü gəbrü kafərdir.

 

Hədisi-vəzi-Qurandan nə buldun, gəl, gəl, ey zahid,

Kəlamın ismi Qurandır, hədis allahü əkbərdir.

 

Siratin körpüsin keçdim, əməl mizanini çəkdim,

Bu yoldan azanın, billah, məqami nari-məhşərdir.

 

Xətay ilə Xötən mülki şaha fəth oldu Çin belə

Ki, məclis nafeyi-müşkin sərasər müşki-ənbərdir.

 

Əya mehrab edən daşı, həqiqət məzhəbindən kim,

Nigarın gözləri, qaşı mana mehrabü mənbərdir.

 

Behişt istərsən, ey zahid, biya dər məclisi-rindan,

Həqin didarı, ey aşiq, nə cənnatə müyəssərdir.

 

Əgər nazirsən, ey talib, həqi insanda gör, getmə,

Mübarək xacəmin vəchi həqin nurində məzhərdir.

 

Xətayinin degil həqqi şaha qulam deyə bilməg,

Əgər xidmət qəbul olsa, anın mövlası Qənbərdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info