Qonaq Kitabı
Könül, şad ol ki, canan gəldi, derlər

 

Könül, şad ol ki, canan gəldi, derlər.

Bu mürdə cisminə can gəldi, derlər.

 

Şikayət eyləmə sən hicr əlindən,

Sənin dərdinə dərman gəldi, derlər.

 

Bu zülmət çövrini çox çəkdi bülbül,

Bahar irdi, gülüstan gəldi, derlər.

 

Qarınca bağladı bel xidmətinə,

Əsən yellər Süleyman gəldi, derlər.

 

Xətayi, can fəda dostun yoluna,

Bu gün dost sana mehman gəldi, derlər.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info