Qonaq Kitabı
Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir

 

Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir,

Manəndi yoxdur hüsninin, qiymətlü bir dürdanədir.

 

Pəndü nəsihət dutmadın neyçün könül verdin ona,

Billah, cəzadır, ey könül, hicran oduna yanədir.

 

Yüzün çü mahi-bədrdir, yəldası zülfindir sənin,

Aşiqləri məst eyləyən ləli-ləbin peymanədir.

 

Yüz göstərübən aləmə neyçün açırsan vəchini?

Dilbər yüzi fitnə degil, sor, ey könül, aya nədir?

 

Ol dilbərin rüxsarinə verdi Xətayi könlüni,

Ah ilə tab oldu işim, ol şəminə pərvanədir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info