Qonaq Kitabı
Xandadır ol bimisalın ibtidasi, xandadır?

 

Xandadır ol bimisalın ibtidasi, xandadır?

Kim bilir ol küntü kənzin intəhası xandadır?

 

Gəl bəyan etgil sifati-zatini şərh eylə kim,

Mən sual etdim ona eyni-liqası xandadır?

 

Kəndü lütfindən yaratdı aləmin mövcudini,

Cümlənin məqsudi şahdır, istivası xandadır?

 

Ərşü kürsi, cənnətü həm narü tubavü şəcər,

Əbrü badü maü tin əsli-şərası xandadır?

 

Hər kişi kim zikri xətlən könlünü etməz cila,

Ol nə bilsün bibəsər eşqin səfası xandadır?

 

Xatəmi-tövhidi hər kim könlünə mehr etmədi,

Ol şəhadət şərhinin bilməz əsası xandadır.

 

Sən niyaz et, ey Xətayi, kimsə bilməz çün səni,

Məntiqin inşasının həmdü sənası xandadır

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info