Qonaq Kitabı
Aşiqin aqilə daim sözü divanə gəlür

 

Aşiqin aqilə daim sözü divanə gəlür,

Aşiqin daim anınçün sözü divanə gəlür.

 

Rayqan satma, sənəm, Xızra dodağın suyini,

Xızr əgər istəyə su, çeşmeyi-heyvanə gəlür.

 

Əsrimiş xuni-dilimdən sənəmin xuni gözi,

Gər sən inanmaz isən gör ki, nə məstanə gəlür.

 

Gahü bigah mana verir vaizi-şəhr,

Vaizin tövbəsi, şaha, mana əfsanə gəlür.

 

Aşinadır bu Xətayi sözü iman bilənə,

Özüni bilməyənə demə ki, biganə gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info