Qonaq Kitabı
Nə buyursan, şəha, fərman sənindir

 

Nə buyursan, şəha, fərman sənindir.

Yolunda canü baş qurban sənindir.

 

Xəta məndən, əta səndən, əya dust,

Ki, mürvət kanısan, ehsan sənindir.

 

Susamış ləblərin Xızri-zəmanə,

Suvar, gəl çeşmeyi-heyvan sənindir.

 

Səvar ol dövlət atını həmişə,

Səadət topuna çövkan sənindir.

 

Mələklər müştəridir gül yüzünə,

Sür imdi, ey qəmər, dövran sənindir.

 

Əzəldən canımı qurban verərdim,

Qəbul eylə, şəha, fərman sənindir.

 

Eşigində qulundur bu Xətayi,

Nəzər qıl halına, heyran sənindir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info