Qonaq Kitabı
Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır

 

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.

 

Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni,

Səd hezaran dadü bidad bəndədən can ayrılır.

 

Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan,

Şimdi şəhrindən sənin ol şahü sultan ayrılır.

 

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,

Şol əzəldən yar, həmdəm, əhdü peyman ayrılır.

 

Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün,

Tök sədəflər dürrini kim, gövhəri-kan ayrılır.

 

Dost vida eylər mənimlən, ağlaram mən zar-zar,

Gözlərimdən hər zaman gör gəhri-ümman ayrılır.

 

Ey Xətayi, tanrı sorsun bu şikəstə könlümi,

Zərd olubdur arizin, andan məgər qan ayrılır?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info