Qonaq Kitabı
Mənim yolumda yektalər gərəkdir

 

Mənim yolumda yektalər gərəkdir,

Dini, imanı yəğmalər gərəkdir.

 

Mənim tək gövhəri nadan nə bilsün,

Məni bilməgə danalər gərəkdir.

 

Nə bilsün məni hər bir başlı, gözlü,

Könül gözündə binalər gərəkdir.

 

Mən olman dəgmə fikr ilən müyəssər,

Mənə bir incə sevdalər gərəkdir.

 

Mənəm sultan Xətayi Heydər oğlu

Mənim yolumda qovğalar gərəkdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info