Qonaq Kitabı
İki aləmdə sultandır qələndər

 

İki aləmdə sultandır qələndər,

Qədimi küfü imandır qələndər.

 

Qələndərdir həqiqət sirri-kövneyn,

Əmiri-həyyi-fərmandır qələndər.

 

Qələndər Mustafavü Murtəzadır,

Zəhi cism ilə həm candır qələndər.

 

Cahan içində sər ta pa bürəhnə

Şəhin eşqinə qurbandır qələndər.

 

Müsafirlər ki, məsti-cami-həqdir,

Vüsali-şahə mehmandır qələndər.

 

Cəhanın darini buldu gəda boş,

Əcayib əhli-imandır qələndər.

 

Keç indi, şöhrəti-aləm göründi,

Hesaba cümlə ehsandır qələndər.

 

Vilayət Kəbəsin açdı Xətayi,

Qulami-şahi-mərdandır qələndər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info