Qonaq Kitabı
Dilbəra, dildə sənin mehri-rüxün can kimidir

 

Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,

Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.

 

Baği-hüsnində boyun sərvi-xuraman dedilər,

Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir.

 

Taki səndən düşəli ayrı, əya ruhi-rəvan,

Gözümün yaşı mənim qətreyi-baran kimidir.

 

Ruyü muyin görəli fürqəti-hicranda nə ğəm,

Zülfü ruyin, sənəma, şəmi-şəbistan  kimidir.

 

Bu Xətayi düşəli söhbəti-vəslindən irağ,

Bağrı büryan kimivü gözləri giryan kimidir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info