Qonaq Kitabı
Dilbəra, eşqi-rüxün daim bu can üstündədir

 

Dilbəra, eşqi-rüxün daim bu can üstündədir,

Bir gülə nisbətdir ol kim, gülstan üstündədir.

 

Şol münəvvər çöhrənin qatında kəmtər zərrədir,

Gənci xurşidin məqami afitab üstündədir.

 

Eşqinə seyd olalı dəm bu canım qəsdinə

Qaşü gözün, dilbəra, tirü kaman üstündədir.

 

Gərçi derlər mahi-taban nur alur xurşiddən,

Nuri-hüsnin afitabi kün-fəkan üstündədir.

 

Dövləti-vəslin dilər miskin Xətayi hər zaman,

Xaki-payin tək məqami asitan üstündədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info