Qonaq Kitabı
Dodağın qənd imiş, bal anda neylər?

 

Dodağın qənd imiş, bal anda neylər?

Nə nazik xətt imiş, xal anda neylər?

 

Əlifə nisbət etdim qəddi-dalın,

Əlif üstə əlif, dal anda neylər?

 

Zahidin geydigi sufü səqərlat,

Fəqirin geydügi şal anda neylər?

 

Kimin kim malı, mülki, gənci çoxdur,

Gəncü mülk olmayan mal anda neylər?

 

Xətayi qal evində halə yetdi,

Bu bir hal evidir, qal anda neylər?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info