Qonaq Kitabı
Pərtövi-hüsnindən, ey dilbər, cahan pür nur olur

 

Pərtövi-hüsnindən, ey dilbər, cahan pür nur olur,

Binəvadır kim, vüsalından həbibin dur olur.

 

Ey pəriru, sən mana hərgiz nəzər qılsan benaz,

Müddəi bu qüssədən eynül-yəqin rəncur olur.

 

Zahidin cövründə gər viran olursa mülki-dil,

Ğəm degil, cana, çü vəslindən yenə məmur olur.

 

Hüsni dövründə baxın hiç iltifat etməz mana,

Kim görübdür mövsimi-gül bağban məqdur olur.

 

Təşnə dildir bu Xətayi, can veribdir ləlinə,

Necə kim, ləlin əsəldir, dil ona zənbur olur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info