Qonaq Kitabı
Bilmən ki, yar cövrü cəfa kimdən ögrənür?

 

Bilmən ki, yar cövrü cəfa kimdən ögrənür?

Eşqində bunca dərdü bəla kimdən ögrənür?

 

Aşiqlərinə cövrü sitəmdir işi müdam,

Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən ögrənür?

 

Bu xəstənin qapunda duadır işi müdam,

Sor ol gədayə, munca dua kimdən ögrənür?

 

Ol ay yüzini görməgə yer, gög baha dedi,

Yarəb ki, bu mətaə baha kimdən ögrənür?

 

Cana, Xətayi dünyadə dərdin çəkər sənin,

Könlünə sor ki, rəsmi-vəfa kimdən ögrənür?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info