Qonaq Kitabı
Bağdaş qurub otursa nigarım, fəğan qopar

 

Bağdaş qurub otursa nigarım, fəğan qopar,

Dursa-otursa, fitneyi-axirzaman qopar.

 

Şirvan xəlayiqi xamu Təbrizə daşına,

Mülki-Əcəm sorar ki, qiyamət xaçan qopar?

 

Yetdükcə tükənür ərəbün kuyi, məskəni,

Bağdad içində hər necə kim, türkman qopar.

 

Çıxsa saraydən bu cahan varisin dutar,

Bir mürşidi-təriqət, pirü cəvan qopar.

 

Görmüşdü ta Xətayi əzəldən yəqin muni,

Nuhun əlaməti gəlür, andan tufan qopar.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info